4 Qul • Qorunma, Tövhid və Ruqyə
Müqəddəs Quranın 4 Qul surəsi (4 Qul)
الأربع قلاقل • 4 Qul
Qurani-Kərimin ilahi 'Qul' (De) əmri ilə başlayan dörd fəzilətli surəsini oxuyun və dinləyin: Kafirun (109), İxlas (112), Fələq (113) və Nas (114).
30
#109Məkkə • 6 Ayə
Surah Kafirun
The Disbelievers • Şirkdən uzaqlaşma və təmiz tövhid
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
Mərhəmətli və Rəhmli Allahın adı ilə
109:1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ يَٰٓأَيُّهَا ٱلْكَٰفِرُونَ1
Qul yaa ayyuhal kaafiroon
(Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək – deyən müşriklərə) de: “Ey kafirlər!
109:2
لَآ أَعْبُدُ مَا تَعْبُدُونَ2
Laa a'budu maa ta'budoon
Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!
109:3
وَلَآ أَنتُمْ عَٰبِدُونَ مَآ أَعْبُدُ3
Wa laa antum 'aabidoona maa a'bud
Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!
109:4
وَلَآ أَنَا۠ عَابِدٌۭ مَّا عَبَدتُّمْ4
Wa laa ana 'aabidum maa 'abattum
Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!
109:5
وَلَآ أَنتُمْ عَٰبِدُونَ مَآ أَعْبُدُ5
Wa laa antum 'aabidoona maa a'bud
Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!
109:6
لَكُمْ دِينُكُمْ وَلِىَ دِينِ6
Lakum deenukum wa liya deen
Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!”
#112Məkkə • 4 Ayə
Surah İxlas
The Sincerity (Monotheism) • Allahın mütləq təkliyi (Quranın üçdə birinə bərabər)
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
Mərhəmətli və Rəhmli Allahın adı ilə
112:1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ هُوَ ٱللَّهُ أَحَدٌ1
Qul huwal laahu ahad
(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);
112:2
ٱللَّهُ ٱلصَّمَدُ2
Allaahus samad
Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)
112:3
لَمْ يَلِدْ وَلَمْ يُولَدْ3
Lam yalid wa lam yoolad
O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)
112:4
وَلَمْ يَكُن لَّهُۥ كُفُوًا أَحَدٌۢ4
Wa lam yakul lahoo kufuwan ahad
Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”
#113Məkkə • 5 Ayə
Surah Fələq
The Daybreak • Həsəd, sehr və zülmətdən Allaha sığınma
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
Mərhəmətli və Rəhmli Allahın adı ilə
113:1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ أَعُوذُ بِرَبِّ ٱلْفَلَقِ1
Qul a'oodhu bi rabbil falaq
(Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə!
113:2
مِن شَرِّ مَا خَلَقَ2
Min sharri maa khalaq
Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;
113:3
وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ3
Wa min sharri ghaasiqin idhaa waqab
Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;
113:4
وَمِن شَرِّ ٱلنَّفَّٰثَٰتِ فِى ٱلْعُقَدِ4
Wa min sharrin naffaathaati fil 'uqad
(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;
113:5
وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ5
Wa min sharri haasidin idhaa hasad
Və bir də paxıllığı tutanda paxılın şərindən!”
#114Məkkə • 6 Ayə
Surah Nas
Mankind • Şeytanın vəsvəsələrindən qorunma
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
Mərhəmətli və Rəhmli Allahın adı ilə
114:1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ1
Qul a'oodhu bi rabbin naas
(Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə;
114:2
مَلِكِ ٱلنَّاسِ2
Malikin naas
İnsanların ixtiyar sahibinə;
114:3
إِلَٰهِ ٱلنَّاسِ3
Ilaahin naas
İnsanların tanrısına;
114:4
مِن شَرِّ ٱلْوَسْوَاسِ ٱلْخَنَّاسِ4
Min sharril waswaasil khannaas
Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-
114:5
ٱلَّذِى يُوَسْوِسُ فِى صُدُورِ ٱلنَّاسِ5
Alladhee yuwaswisu fee sudoorin naas
O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
114:6
مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ6
Minal jinnati wannaas
(O Şeytan ki) cinlərdən də olur, insanlardan da! (Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!)”
Peyğəmbər Sünnəsi və Fəzilətləri
4 Qul surəsi haqqında Səhih Hədislər
Səhih əl-Buxari (5017)
Hz. Aişə (r.a.) rəvayəti
"Peyğəmbərimiz (ﷺ) hər gecə yatağına girdikdə əllərini birləşdirib üfləyər, İxlas, Fələq və Nas surələrini oxuyub bütün bədəninə üç dəfə çəkərdi."
Mənəvi Şəfa və Gündəlik Zikrlər
4 Qul surələrini oxumağın fəzilətləri və faydaları
1. Nəzər və sehrə qarşı ilahi sipər
4 Qul surələrini gündəlik oxumaq insanı bütün bəlalardan hifz edir.
Yatmazdan əvvəl 4 Qul oxumağın sünnəti
- Dəstəmazlı halda yataqda əyləşib ovucunuzu açın.
- İxlas, Fələq və Nas surələrini oxuyun.
- Ovuclarınıza yüngülcə üfləyin.
- Başdan, üzdən başlayaraq bədəninizə çəkin.
- Bunu ardıcıl olaraq üç dəfə təkrarlayın.
Tez-tez Verilən Suallar (FAQ)
4 Qul surələrinin oxunması, fəzilətləri və qoruyucu xüsusiyyətləri haqqında sual-cavablar.